Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya gətirildi - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi Bakıya gətirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə rejissor Tahir Tahiroviç məlumat verib. O bildirib ki, görkəmli diplomat sabah 12:30-da II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, R.Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
***
16.28
Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.
Mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.
Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...