Ramin Bayramlının səlahiyyətlərini bu şəxs icra edəcək
13
sen
2021
12:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.
Bu barədə BAKU.WS-ə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, o, hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.
Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...