Quterreş: "BMT Azərbaycan və Ermənistana sülh və yenidənqurma məsələlərində kömək göstərməyə hazırdır"

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir.
Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.
BMT rəsmisi qeyd edib ki, təşkilat Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə, o cümlədən humanitar yardım və yenidənqurma məsələlərinə kömək göstərməyə hazırdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...
