Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.
Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.
Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun".
Oxşar xəbərlər
"Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
"Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu 2026-cı il sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəl...