İqtisadiyyat Nazirliyində Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyində, eləcə də strukturuna daxil olan və tabeliyindəki qurumlarda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib.
BAKU.WS xəbər verir ki, nazirliyin kollektivi Fəxri Xiyabanda olub, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub.
Nazirliyin əməkdaşları, həmçinin Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi üçün misilsiz xidmətlərini əks etdirən eksponatlar, fotoşəkillər və kitablarla tanış olublar.
İqtisadiyyat Nazirliyində təşkil olunan anım tədbiri isə Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx, Bakı Kamera Orkestri tərəfindən hazırlanan bədii kompozisiya nümayiş olunub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev YAP-ın 30 illiyi ilə bağlı tədbirdə çıxış edib - FOTO/VİDEO - YENİLƏNİB - 2
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...