Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində tədbir keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, toplantı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan, Fransız Polineziyası Assambleyasının prezidenti Antoni Geros, Fransa Milli Assambleyasının deputatı Jan-Viktor Kastor və digər şəxslər iştirak edirlər.
Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Tədbirin sonunda yekun bəyannamə qəbul olunacaq.
Oxşar xəbərlər
İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirdəki çıxışının TAM MƏTNİ - YENİLƏNİB - FOTO/VİDEO
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli...