Qoşulmama Hərəkatına üzv olan 60-a yaxın ölkənin gənclərinin Şuşaya səfəri başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirir.
BAKU.WS "Azərtac"a istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-a yaxın ölkənin gəncləri bu gün Füzuliyə gəliblər.
Tədbir iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Bildirilib ki, Qarabağın “hava qapısı” adlandırılan hava limanı ən müasir səviyyədə inşa olunub. Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.
Hava limanı ilə tanışlıqdan sonra tədbir iştirakçıları Şuşa şəhərinə yola düşüblər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...