Qızı tanınmış rokçunun VƏSİYYƏTİNİ AÇIQLADI: "YAS KEÇİRİLMƏYƏCƏK!" - FOTO

Qızı tanınmış rokçunun VƏSİYYƏTİNİ AÇIQLADI: YAS KEÇİRİLMƏYƏCƏK! - FOTO
Foto
Siyasət 2

Ötən gün vəfat edən məşhur rokçu Erkin Korayın vəsiyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, Anadolu rok musiqisinin əfsanəsinin yas mərasimi keçirilməyəcək.

Bu barədə onun qızı Damla Koray məlumat verib:

"Yas keçirilməyəcək. Sadəcə atamın fanatları və dostları üçün kiçik yığıncaq olacaq. Başsağlığı mesajlarınız üçün təşəkkür edirəm. Hazırda həyatımın ən çətin anını yaşayıram".

Məlumat üçün bildirək ki, bir müddət əvvəl rokçunun Torotoda yaşadığı evdə halı pisləşib.

Xəstəxanaya yerləşdirilən 82 yaşlı sənətçi uzun müddət idi ki, süni tənəffüs aparatına qoşulu vəziyyətdə yaşayırdı. O, ağciyərlərində yaşadığı problem səbəbi ilə ötən gün dünyasını dəyişib.

Son xəbərlər