Qırğızıstan səfiri: "Azərbaycanın "vahid 6" formatına keçidindən məmnunuq"
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov olub.
Səfir Azərbaycan-Qırğızıstan əməkdaşlığının hazırkı inkişaf səviyyəsini qiymətləndirərək əsas məqsədin qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsi olduğunu bildirib.
Proqramda 2022-ci ildə yaradılan Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun fəaliyyəti və əsas layihələri müzakirə edilib, Fond vasitəsilə iki ölkə arasında qlobal əhəmiyyətli layihələrin reallaşdırıldığı qeyd olunub.
Müsahibə zamanı logistik əməkdaşlığın gələcək perspektivlərinə toxunulub, bu sahədə əməkdaşlığın genişləndirilməsinin regional əlaqələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb.
Səfir mədəni əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar barədə də danışaraq hər iki ölkədə növbəli şəkildə mədəniyyət günlərinin təşkil olunduğunu bildirib.
Verilişdə həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın ölkələrimiz üçün açdığı perspektivlər, eləcə də "5+1" formatından "Vahid 6" modelinə keçidin region üçün yaratdığı yeni imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Pakistan xarici işlər naziri Azərbaycana dron hücumundan dərin narahatlığını bildirib
Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. BAKU....