Qırğızıstan Mərkəzi Asiya ölkələrini bərpa olunan enerji mənbələrini birgə inkişaf etdirməyə çağırıb
Regional enerji bazarının formalaşdırılması və dövlətlərarası enerji əlaqələrinin gücləndirilməsi enerji təchizatının etibarlılığını artırmağa, enerji resurslarından istifadəni optimallaşdırmağa və ekoloji baxımdan "təmiz elektrik enerjisi" ticarəti üçün şərait yaratmağa imkan verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev 31-ci Bakı Enerji Forumu zamanı bildirib.
O qeyd edib ki, hazırda Mərkəzi Asiya regionu dövlətləri enerji təhlükəsizliyinin təmin edilməsi zərurəti, iqlim dəyişiklikləri, elektrik enerjisi istehlakının artması və dayanıqlı inkişaf modellərinə keçid ehtiyacı ilə şərtlənən ümumi çağırışlarla üzləşirlər:
"Yaranmış şəraitdə bərpa olunan enerji mənbələrinin inkişafı təkcə ekoloji baxımdan prioritet deyil, həm də iqtisadi artımın və regional sabitliyin mühüm amilinə çevrilir. Qırğızıstan bərpa olunan elektrik enerjisi mənbələri sahəsində əhəmiyyətli potensiala malikdir. Ölkənin energetika sahəsinin təməlini hidroenergetika təşkil edir, bununla yanaşı, günəş və külək enerjisinin, eləcə də digər ekoloji təmiz texnologiyaların inkişafı üçün əlverişli ilkin şərtlər mövcuddur. Biz əminik ki, bu potensialın səmərəli şəkildə mənimsənilməsi Mərkəzi Asiya dövlətlərinin sıx qarşılıqlı fəaliyyəti olmadan qeyri-mümkündür".
Nazir bildirib ki, Qırğızıstan bir sıra vəzifələrin irəlilədilməsi üçün regional əməkdaşlığı əsas alət kimi nəzərdən keçirir:
"Birincisi, regional enerji bazarının formalaşdırılması və dövlətlərarası enerji əlaqələrinin möhkəmləndirilməsi enerji təchizatının etibarlılığını artırmağa, enerji resurslarından istifadəni optimallaşdırmağa və ekoloji baxımdan "təmiz elektrik enerjisi" ilə ticarət üçün şərait yaratmağa imkan verəcək. İkincisi, müasir texnologiyalara investisiyaların cəlb edilməsidir. Birgə regional layihələr yüksək investisiya cəlbediciliyinə malikdir. Bu layihələr bərpa olunan enerjinin inkişafı üçün beynəlxalq maliyyələşdirməni səmərəli şəkildə cəlb etməyə imkan verir.
Üçüncüsü, təcrübə və ən yaxşı praktikaların mübadiləsi - Mərkəzi Asiya ölkələri energetika sahəsinin inkişafının müxtəlif modellərinə malikdirlər. Təcrübə və ekspertizanın birləşdirilməsi innovativ həllərin tətbiqini sürətləndirməyə, milli enerji sistemlərinin səmərəliliyini, həmçinin iqlim öhdəliklərinin yerinə yetirilməsini artırmağa imkan verəcək. Bərpa olunan enerji mənbələrinin tətbiqinin genişləndirilməsi istixana qazları emissiyalarının azaldılmasına və dövlətlərimiz tərəfindən beynəlxalq sazişlər çərçivəsində qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmağa kömək edir".
Oxşar xəbərlər
Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı
"Azərbaycan 200 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdən keçirir". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri energetika nazir...