Qətər səfiri: “Mülki əhalinin hədəfə alınmasını qınayırıq”

Qətər səfiri: “Mülki əhalinin hədəfə alınmasını qınayırıq”
Siyasət 382

“Qətər hər zaman mülki şəxslərə qarşı hücumları qınayır. Biz bir daha ifadə edirik ki, Qətər qardaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkən diplomatlar arasında olan Qətərin Azərbaycandakı səfiri Faysal Abdullah Hamad Abdullah əl-Henzab deyib.

Diplomat bildirib ki, sülhü dəstəkləyən bütün ölkələr mülki əhalinin hədəfə alınmasını qınayır: “Biz, həmçinin, uzun müddətdir, həll olunmayan bu münaqişənin sülh yolu ilə həllini arzulayırıq”, - deyə səfir bildirib.

Son xəbərlər