Qərbi Azərbaycan Xronikası: Tanrı ilə əlaqə quran şəxs Kam adlanı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Tanrı vergisini gizli saxlamaq lazımdır" adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu Türk xalqlarının qədim inanc sistemindən söz açıb.
O bildirib ki, Şamanizmlə tanrıçılıq eyni anlayışdır. Tanrı ilə əlaqə quran şəxs Kam adlanır.
Onun sözlərinə görə, xam adam həm də gözüaçıqdır: "Kəramət sahibi şamandır. Tanrı vergisini gizli saxlamaq lazımdır. Şamanizm islamda yaşayır".
G.Yoloğlu Qıpçaq qələndərlərinin şahının necə olmasına, ölünün ruhunu Tanrı dərgahına yola salan şəxsin kimliyinə, eləcə də ölənin ruhunu geri çağıra bilən adamlar, göydəki mələklər, yerin altındakı ölülərlə əlləşənlərlə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Bakıda görüşüblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər naziri Andriy Sıbihanın başçılıq etdiyi nümayəndə heyətini Ukrayna nazirinin Azərbaycana s...
