Qərbi Azərbaycan Xronikası: Qıpçaq mənşəli etnonimdən yaranan məkan

Qərbi Azərbaycan Xronikası: Qıpçaq mənşəli etnonimdən yaranan məkan
Video
Siyasət 29

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Qıpçaq mənşəli etnonimdən yaranan məkan" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Basarkeçər, Basarkeçər daşt və Baraxlı toponimi haqqında söz açılır.

Bildirilir ki, Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlılara məxsus yurd və yaşayış məskənlərinin izini itirmək üçün toponim terroruna əl atıb.

Ermənilərin oğuz türklərinə məxsus toponimlərin yadlaşdırma siyasəti heç kim üçün qaranlıq deyil: "Təbii ki, bütün tarixi mənbələrdə, arxivlərdə saxlanılan materialların gün işığına çıxması hayların yalan məlumatlarla qidalanması, uydurmalardan bəslənərək yaşaması faktını bir daha təsdiqləyir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər