Qərbi Azərbaycan Xronikası: "Qarabağ" adı silah üzərində niyə təsvir olunurdu?

Qərbi Azərbaycan Xronikası: Qarabağ adı silah üzərində niyə təsvir olunurdu?
Video
Siyasət 23

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

Buraxılışda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Azərbaycan silahlarında Quran ayələrinin yer alması, milli dövlətlərimizi quran sərkərdələr və s. məsələlərdən danışıb.

O bildirib ki, qılınclar üzərindəki rəmzlər gizli mesajların daşıyıcısıdır: "Allahdan kömək və yaxın qələbə ifadəsi buradan qaynaqlanır. Bu yazı xanlıqların və cümhuriyyətin bayraqlarında yaşayır. Silah üzərindəki simvolizm dövlətçilik rəmzlərinə çevrildi".

Tarixçi Tiflisdə tapılan əlyazmanın Azərbaycan silah sənəti barədə hansı məlumatı verməsi, Azərbaycan qılınclarında səkkizguşəli ulduz nəyi simvolizə etməsi, "Qarabağ" adının silah üzərində təsvir olunması, arxeoloji tapıntıların silah üzərində hansı sirli elementləri açması, yandırıcı mərmilər və üzərindəki lənət yazılarının mənası ilə bağlı suallara aydınlıq gətirib.

S.Əhmədov İrəvan xanlığının rus imperiyasına necə müqavimət göstərməsi, kiçik bir xanlığın üç feldmarşalı necə məğlub etməsi, eləcə də İrəvan qalasının 1827-ci ildə süqutu və Qafqazın işğalının rus imperiyasına vurduğu itkilər, 44 günlük qələbənin mahiyyətindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər