Qərbi Azərbaycan Xronikası: Nizə və ox ucları ilə oxunan tarix
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, buraxılışda araşdırmaçı fotoqraf Mirnaib Həsənoğlu Azərbaycanda yerli silah ənənələri və məktəbinin necə və nə zaman formalaşmasından danışıb.
O bildirib ki, qədim nizə və ox ucları ilə Azərbaycanın hərb tarixinin keçmişi bilinir: "Daşdan metala keçid silah mədəniyyətini dəyişib. Müharibələr artefaktların kimliyini qarışdırıb. Pusat silahlarının tarixi mənası böyükdür. Türk qılıncı bəşəriyyətə yenilik qatıb. Zireh, dəbilqə və döyüş geyimləri silah mədəniyyətinin göstəricisidir. Bu gün Azərbaycanın silah mədəniyyəti gələcək nəsillərə ötürülür".
M.Həsənoğlu qədimdə qızıl və naxışlı silahların kimlər üçün hazırlanması, silah estetikasının ölüm aləti ilə sənəti necə birləşdirməsi ilə bağlı suallara aydınlıq gətirib.
Daha ətraflı linkdə:
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...