Qərbi Azərbaycan Xronikası: İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti

Qərbi Azərbaycan Xronikası: İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti
Video
Siyasət 11

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında xüsusi veriliş efirə gedib.

Verilişdə Ermənistan arxivlərində gizlədilən Azərbaycan tarixi, İrəvan memarlığının oğurlanması, "Qırmızı körpü"nün sirri ilə bağlı erməni tarixçilərinin etiraflarından bəhs olunur. Verilişdə Ermənistan arxivlərində gizlədilən Azərbaycan tarixi, Qırmızı körpünün sirri, İrəvan memarlığının oğurlanması ilə bağlı erməni tarixçilərinin etiraflarından bəhs olunur.

Bildirilir ki, Baş nazir Nikol Paşinyan "sülh körpüsü" adı altında gizli mədəni saxtakarlıq edir: "İrəvan gerçəkliyi bərpa adı ilə silinir. Ermənistan "bərpa" oyunu ilə Azərbaycan izlərini yox edir, Qərbi Azərbaycanın mədəni soyqırımı həyata keçirilir. İrəvanda Azərbaycan şəhər mədəniyyəti silinir. Qərbi Azərbaycana qayıdış qorxusu ermənilərin saxtakarlıq əməliyyatını sürətləndirir. Bunlar İrəvanın alt qatlarından sızan tarixi gerçəklikdir".

Süjetdə İrəvanda "bərpa" adı altında tarixin dəyişdirilməsinə, aparılan mədəni erməni saxtakarlığının pərdəarxası mənzərəsinə, qırmızı kərpic, saxta tuf - Ermənistanın mədəni manipulyasiya mexanizminə yer verilir, "Qırmızı körpü kimindir", "İrəvanda tarixi abidələr niyə məhz indi "təmir" edilir" suallarına aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər