Qərbi Azərbaycan Xronikası: İrəvanda bədii tikmə və xalçaçılıq sənəti
![Qərbi Azərbaycan Xronikası: İrəvanda bədii tikmə və xalçaçılıq sənəti](https://baku.ws/storage/photos/uploads/thumbs/large/Sd0uMWsAMeFeg7xjxb4sTa92lTTkGuA0SUgxcEHM.webp)
layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Qərbi Azərbaycan taxta və daş oyma sənəti fərqlənirdi" adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan sənət və sənətkarlıq nümunələrindən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycan abidələrinin dəqiq təsnifatı bu gerçəkləri üzə çıxardı. İrəvanda bədii tikmə və xalçaçılıq yüksək sənətkarlıqla yerinə yetirilirdi. Bədii tikmə sənətində ancaq qədim türk süjetləri, elementləri istifadə olunurdu. İrəvan xalçaçılığı bu xüsusiyyətləri ilə seçilirdi.
A.Xəlilov əjdaha elementinin hansı səbəbə görə xalçanın üzərinə yerləşdirilməsinə də aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Malıbəyli və Quşçular qətliamından 33 il ötür
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. Qətliamın törədilməsindən 33 il ötür. 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələ...
![](/images/banners/placeholder_home_right_az.jpg)