Qərbi Azərbaycan Xronikası: Hayların 1946-cı il fərmanı - izi itirilən kənd

Qərbi Azərbaycan Xronikası: Hayların 1946-cı il fərmanı - izi itirilən kənd
Video
Siyasət 98

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Hayların 1946-cı il fərmanı - izi itirilən kənd" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Armudlu, Armudlu dərəsi toponimi, oronimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsindən sonra xalqımıza məxsus adların yox edilməsi prosesi başlayıb.

Vurğulanır ki, qədim türk torpağı olan Qərbi Azərbaycanın çox zəngin tarixi burada mövcud olmuş toponim adlarının yaranma xüsusiyyətindən də bəlli olur: "İzi itirilən bütün yerlər, yurdlar, dini-mənəvi abidələr, qəbiristanlıqlar orada yaşamış və yaşayacaq yerli azərbaycanlı əhalinin adı, dərin kökü və irsi ilə bağlıdır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər