Qərbi Azərbaycan Xronikası: Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib

Qərbi Azərbaycan Xronikası: Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib
Video
Siyasət 16

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.

BAKU.WS xəbər verir ki, "Göyçə gülü" havasının sirli məqamları" adlı buraxılışda filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Qərbi Azərbaycanda aşıq sənətindən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycan aşıq mühitinin xüsusi özəlliyi var: "Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib. Aşıq öz ustadının irsini daşıyıb, ötürür. Toyda bütün gecəni dastan danışırdılar".

İ.Qəsəbova ustadın qarşısında imtahandan çıxmaq üçün əsas şərtdən, ictimai-siyasi proseslərə aşıq yanaşmasından söz açıb, yazmağı bacarmayan Aşıq Ələsgərin şeirləri hansı yolla yadda saxlamasına, eləcə də "Göyçə gülü" havasının sirli məqamlarına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər