Qərbi Azərbaycan Xronikası: "Göyçə" adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Süjetdə Azərbaycanın yeni regional strategiyası, erməni məhkumların Ermənistana təhvil verilməsi, "Göyçə" adının Ermənistan cəmiyyətində qıcıq yaratması və Qərbi Azərbaycan mövzusunun niyə manipulyasiya obyektinə çevrilməsindən bəhs edilir.
Bildirilir ki, Azərbaycan nə təzyiq edir, nə də geri çəkilir, yaratdığı yeni model Ermənistan cəmiyyətinə ünvanlanan sakit, amma sərt mesajdır: "Azərbaycan yeni regional strategiyası ilə güc və humanizmi bir arada tutur. Neftin tranziti rəsmi Bakının sülhə hesablanmış addımıdır. Təbii ki, bu məsələdə baş nazir Nikol Paşinyana dəstək iddiası reallıq deyil, manipulyasiyadır".
Qeyd olunur ki, Ermənistan hökumətinin aparat rəhbəri Arayik Arutyunyan Qərbi Azərbaycan anlayışından qorxuya düşüb: "Onun "teatr" və "nağıl" ritorikası "qorunma" mexanizmidir. Azərbaycan mətbuatında dərc olunan materiallar İrəvanı təşvişə salıb. "Basarkeçər" şərabının dünyada satılması və üzərindəki xəritə Ermənistan cəmiyyətini qarışdırıb, travma və reallıq toqquşması yaradıb".
Sonda vurğulanır ki, rəsmi Bakı məhkumları Ermənistana təhvil verməklə region üzərində qurulan yeni oyunu pozub.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Prezident "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində iştirakına dair videoçarx paylaşıb
Prezident İlham Əliyevin "Sülh Şurasının Nizamnaməsi" sənədinin imzalanma mərasimində iştirakı və ABŞ Prezidenti ilə görüşünə dair sosial media hesablarında vid...