Qərbi Azərbaycan Xronikası: Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır

Qərbi Azərbaycan Xronikası: Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır
Video
Siyasət 63

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

BAKU.WS xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı "Bakı TV"nin redaktoru, kulturoloq Əbülfəz Babazadə olub.

O, Qərbi Azərbaycan məsələləri ilə məşğul olan jurnalist kimi, 1948-1953 və 1988-1991-ci illərdəki deportasiyalardan bəhs edib, Qarabağ və Şərqi Zəngəzurdan sonra Qərbi Azərbaycan mövzusunun dövlətin əsas mərkəzinə çevrildiyini deyib: "Qərbi Azərbaycan mövzusu Vətənin tərkib hissəsidir. 1 400 əsərin əksəriyyəti Qərbi Azərbaycan mövzusundadır".

Onun sözlərinə görə, Qərbi Azərbaycan icması beynəlxalq hüququn subyektidir.

Ə.Babazadə "Böyük Qayıdış" anlayışı, XXI əsrdə onun missiyası, Qərbi Azərbaycan mövzusunu dövri mətbuatda işıqlandırılmasının vacibliyini vurğulayıb: "Ermənistan azərbaycanlıların geri qayıtmasının qaçılmazlığını anlayır. Gələcək nəsillər bizim kim olduğumuzu, haradan gəldiyimizi və hara getdiyimizi bilməlidirlər".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər