Qərbi Azərbaycan Xronikası: Ermənilərin yerində su anbarı tikdiyi türk kəndi

Qərbi Azərbaycan Xronikası: Ermənilərin yerində su anbarı tikdiyi türk kəndi
Video
Siyasət 15

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənilərin yerində su anbarı tikdiyi türk kəndi" adlı süjet hazırlanıb.

Süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baharlı və Bahar bəyin bağları toponimi haqqında söz açılır.

Bildirilir ki, iki əsrdən çoxdur rus və erməni şovinistlərinin "parçala və hökm sür" düşüncəsi ilə azərbaycanlılara məxsus ərazilərin və toponimlərin işğalına dair verdikləri qərar və fərmanların əsas hədəfi oğuz-türk izlərini yox etmək olub.

Vurğulanır ki, addəyişmə terroruna məruz qalan Qərbi Azərbaycan toponimlərini, unudulmayan və unudulmayacaq türk izlərini tarixi mənbələrdən silmək mümkün deyil: "Çünki millətin yaddaşında, insanların beynində və qəlbində yaşayan Qərbi Azərbaycanın saxtakarlığa məruz qalmış yurd yerləri oğuz türklərinin qədim zamanlardan bu günədək ünsiyyətdə işlətdiyi, gələcəkdə də işlədəcəyi məkanlardır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər