Qərbi Azərbaycan Xronikası: Ermənilər Qüytulu, Avan, Əkərək, Qaracalar kəndlərini xarabalığa çeviriblər
"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Erməni usta tez-tez xatırladırdı ki, tikin, bizə qalacaq" adlı veriliş Zəngibasar mahalı, Zəngibasar (Masis) rayonu, Qaraqışlaq kənd sakini Məmmədəli Səfərovun həyat hekayəsinə həsr olunub.
O, 1960-cı ildə doğulduğunu, uşaqlıq, məktəb illərinin maraqlı keçdiyini, ailədə yeganə övlad olduğunu və babasının himayəsində böyüdüyünü deyib: "Babamgil Qaraqışla Əştərək rayonunun Əkərək kəndindən gəlib. O vaxt ermənilər Əştərəyin Qüytulu, Avan, Əkərək, Qaracalar kimi azərbaycanlı kəndlərini xarabalığa çeviriblər. Həmin kəndlərdən bir çox tayfa Qaraqışlağa gələrək yurd salıb, kənd təsərrüfatı ilə məşğul olub. Kəndimizdəki iki məscidin biri uçurulmuşdu, digəri isə biz köçənə qədər fəaliyyət göstərirdi".
Onun sözlərinə görə, babası keçmişdə deportasiyanı gördüyü üçün, böyük evlər tikməyə qoymayıb: "Evimiz köhnə və qismən balaca idi. İravan şəhərində Cəfər Cabbarlı adına Dram Teatrı binasının divarı sökülürdü. Mən o daşları gətirib, həyətə boşaltdım ki, ikimərtəbəli ev tikim. Ancaq babam qoymadı. Dedi, mən bu evi tikəndə erməni usta tez-tez xatırladırdı ki, tikin, bizə qalacaq. Ondan sonra anladıq ki, böyük imarət tikməyə ehtiyac yoxdur. Çünki neçə dəfə deportasiya olmuşdu".
Daha ətraflı linkdə:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu barədə...