Qərbi Azərbaycan Xronikası: Ermənilər ilə urartulular bir-biri ilə vuruşan, fərqli danışan toplumdur

Qərbi Azərbaycan Xronikası: Ermənilər ilə urartulular bir-biri ilə vuruşan, fərqli danışan toplumdur
Video
Siyasət 111

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Saci sikkələrin üzərində Azərbaycan yazılırdı" adlı veriliş hazırlanıb.

BAKU.WS xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə yunan, roma, ərəb və İran mənbələrində yazılan tarixi həqiqətlər, bu dövrlərdə Ermənistanın dövlət adı kimi qeyd olunmamasından danışıb.

R.Əlizadə bildirib ki, ərəblər bu bölgənin işğal edəndən sonra ilk vaxtlarda Azərbaycan ifadəsi işlənirdi: "Ərəb əmirliyinin cənubi Qafqazda əsas mərkəzi Bərdə idi. Dvin də Bərdə də Azərbaycan şəhəri idi. Saci sikkələrin üzərində Azərbaycan yazılırdı. Pulların üzərində "Ərməniyyə" yox, Azərbaycan ifadəsi var idi. Bu ərazini həmişə Azərbaycan sülalələri idarə edib. Ərəb işğalına qədər bu ərazi Azərbaycan qeyd olunurdu".

Onun sözlərinə görə, Ermənistan dövləti adı 1918-ci ildə ortaya çıxıb: "Dərbənd kitabəsi üzərində Azərbaycan ölkəsinin adı səkilir. Sacilər bütün Şimallı, Cənublu Azərbaycanı birləşdiriblər. Roma, yunan dönəmində Ermənistan dövlət adı kimi qeyd olunmur. Ərəblər Arameylər olan ərazini Ərməniyyə adlandırdı. Refionu tanıyan ərəb səyyahları Azərbaycan adlarını olduğu kimi verib".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər