Qərbi Azərbaycan Xronikası: Anavəngin daşları gerçəyi danışır - kimlik savaşı
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, verilişdə İrəvan xanlığının tarixi Kərpibasar mahalında, Əştərək (Aştarak/Araqatsotn) rayonunun Ohanavan kəndində Kasax çayı dərəsinin kənarında yerləşən orta əsrlərə aid Anavəng/Xanavəng (Hovhannavank) monastırından bəhs olunur.
Bildirilir ki, Anavəngin daşları gerçəyi danışır: "Anavəngin divarlarında yazılan türk adları Ermənistanı narahat edir. Kasax çayı sahilindəki qıpçaq məbədi türklərə aiddir. Anavəng memarlığının dili "erməni" deyil. Ermənistan kimlik böhranını Anavəngin üzərindən həll etmək istəyir. Mamaxatun və Nənəxatun adları bu gün də türkün yaddaş kodudur. Anavəngin cənub divarındakı yazı kimlik mübahisəsini çözür. Anavəngin memarlıq dili türk-alban qatlarını göstərir. Ermənilər Anavəngdə türk adlarını silə bilmir. Monastırın yazıları erməni mifini alt-üst, Anavəngdəki 8 guşəli ulduz isə erməni narrativini darmadağın edir. Anavəngin qapıları erməni yalanını açıb göstərir. Kasax dərəsinin daşları saxtakarlığı susduran sübutdur".
Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın Üçkilsədə (Eçmiədzin) dua etdiyi kilsədəki adlar - Qurd, Vaçe, Hurişah, Mamaxatun bu gün "liturgiya"ya kölgə salır. Paşinyanın liturgiyası Anavəngdə gizlədilən tarixdən qaça bilmir. Hazırda liturgiya yox, kimlik savaşı gedir. Mamaxatun fenomeni 13-cü əsr Qafqazında qadın hamiliyinin gücünü göstərir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Qarakənd faciəsindən 34 il ötür
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən v...