Qərbi Azərbaycan İcması bəyanat yayıb
Qərbi Azərbaycan İcması Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinə ədalətli mövqeyə görə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub.
Bildirilib ki, Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib.
"Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.
Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir", - bəyanatda vurğulanıb.
Oxşar xəbərlər
Zelenski Ərdoğanı türkcə təbrik etdi
Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" səhifəsində türkcə paylaşım edib. Dövlət başçısı Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ə...