Qərbi Azərbaycan İcması Argentina Prezidentinin qərəzli fikirlərini kəskin pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan İcması Argentina Prezidentinin 2023-cü il 9 sentyabr tarixli qərəzli fikirlərini kəskin şəkildə pisləyir”.
Bu barədə İcmanın yaydığı bəyanatda bildirilir:
“Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya Luis Okampo, Xuan Mendez kimi son vaxtlar “parlamaqda” olan azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir.
Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırır. Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...