Qərb ermənilərin Bakıya gəlişinə mane ola bilmədi - Avropanın məqsədi nədir?
Azərbaycan deyəndə gözümüzün önündə yeni reallıqlar canlanır. Silinmiş şəhərləri mədəniyyət ocaqları ilə salınmış yeni mərkəzlərə, ölümsaçan mina sahələrini əkin yerləri ilə bərəkət ocaqlarına, məhv edilmiş təbiəti olan torpaqları yaşıl enerji mənbələrinə çevirən və keçmişin qaranlığını geridə qoymaq iradəsi ilə yeni dünyaya yeni pəncərə açan Azərbaycan.
Bütün bunlarla yanaşı, tam suverenliyini bərpa etmiş bir ölkənin tərəqqiyə doğru pərvazlanmasının paralelində adı inkişafla, innovasiya ilə yanaşı çəkilən Avropa zamanla Cənubi Qafqazda mənfi meyilləri təlqin edən canlı simvola çevrildi. Məsələn, ölkəmizə qarşı aparılan "binokl diplomatiyası" bunun, sadəcə, bir nümunəsidir.
Düşünməli xeyli məqam var. Necə olur ki, bir vaxtlar sülh təşəbbüsləri ilə çıxış edən, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq səylərini davam etdirdiyini bildirən Avropa indi hərəkətsizliyi və təkidlə susmağı seçib?! Tez-tez Ukraynanın bərpasına yönəlik bəyanatlar səsləndirən qoca qitə Qarabağın bərpası məsələsində niyə yaralı barmağa məlhəm olmaq haqqında düşünmür? Yoxsa bu işlər Azərbaycana qarşı qətnamə qəbul etmək qədər asan deyil?
"Başbilənlər" dünyanın başını qatmaq adına total hücumlara sərf etdiyi enerjini indi Qarabağda mina probleminin həllinə yönəltsəydilər, bu gün Avropanın siyasi dəhlizlərində ayaqüstü söhbətlər cinsi azlıqlar, "no war"çılarla bağlı olmazdı.
Binokllarını hələ də bizə tuşlayan həmin Qərb bu gün Cənubi Qafqazda Azərbaycanın təşəbbüsü ilə reallaşan sülhü görür. Artıq Azərbaycandan İrəvana, oradan da Azərbaycana səfərlər başlayıb. Belə ki, Ermənistanın beyin mərkəzlərinin nümayəndələri ölkəmizə gəliblər.
Bəs indiki vaxtda bunun iki ölkə arasındakı münasibətlərə hansı müsbət təsirləri ola bilər?
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
"İnqilabdan əvvəl universitetdə oxuduğumuz illərdə tələbə qızların çoxu hicablı deyildi, amma çox ləyaqətli idilər". "Azad İran" "Telegram" kanalı xəbər verir k...