Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən ziyan qiymətləndirilib
Qazaxıstanda cümə günü axşam saatlarından başlayan iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği təxminən 200 milyon dollara çatıb.
Bu barədə yerli mətbuat ölkənin “Atameken” Milli Sahibkarlar Palatasına istinadən xəbər verib.
“Yanvarın 7-də saat 21:00-a (Bakı vaxtı ilə 19:00) Qazaxıstan Respublikasının on regionunda 848 sahibkarlıq subyekti və 1021 obyekt, o cümlədən Almatıda 789 biznes subyekti və 950 obyekt zərər çəkmib”, - deyə Palatanın məlumatında bildirilib.
“Atameken”in məlumatına görə, zərərin ümumi məbləği təxminən 87,2 milyard tenge (təxminən 200 milyon dollar) təşkil edir ki, bunun da 85,8 milyardı Almatının payına düşür.
Mənbə: “RİA Novosti”
Oxşar xəbərlər
Dünyanın ən varlı ailələrinin reytinqi açıqlanıb
Dünyanın 25 ən varlı ailəsinin məcmu varidatı 1,7 trilyon ABŞ dolları təşkil edir ki, bu da keçən ilə nisbətən 22 faiz çoxdur. BAKU.WS “report”a istinadən xəbər...