Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
BAKU.WS-in APA-ya istinadla xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqının kədərini və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edir.
Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün dünya ictimaiyyətinin səylərini əsirgəməməsinin vacib olduğunu hesab edirik”, - deyə qeyd olunub.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...