Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Çin, Türkmənistan və Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
O qeyd edib ki, Energetika Nazirliyi xaricdən aviasiya yanacağı tədarükünün müxtəlif variantlarını araşdırır: "Çin Xalq Respublikasından idxal edən bəzi treyderlərimiz var. Biz Türkmənistandan, eyni zamanda Azərbaycan kimi qonşu ölkələrdən aviasiya yanacağını idxal etməyi düşünürük".
Akkenjenov əlavə edib ki, uzaq ölkələrdən də tədarüklər nəzərdən keçirilir.
Oxşar xəbərlər
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. BAKU.WS "Re...