Qaragöl ətrafında hərbçimizin həlak olması barədə ermənilərin yaydığı məlumat yalandır - RƏSMİ

Qaragöl ətrafında hərbçimizin həlak olması barədə ermənilərin yaydığı məlumat yalandır - RƏSMİ
Siyasət 153

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildiriblər.

Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir.

Son xəbərlər