Qarabağdan erməni meyiti daşıyan maşınlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbhə xəttində uğurla irəliləyən və qısa müddət ərzində düşmənə misilsiz zərbə vuraraq kəndləri, strateji yüksəklikləri azad edən Azərbaycan Ordusunun əməliyyatları erməniləri sarsıtmağa davam edir.
BAKU.WS xəbər verir ki, İrəvana yaralı, ölü hərbçilər daşıyan təcili yardım maşınlarının axını müşahidə edilir. Bunu əks etdirən görüntülər internet səhifələrində də paylaşılıb. Görüntülərdə Qarabağ istiqamətindən İrəvana təcili yardım maşınlarının ardı-arasının kəsilmədiyi açıq-aydın görünür.
İşğal altında olan ərazilərdən döyüşlərin ilk günü yüzlərlə insan qaçıb. Xankəndində yerləşdirilən ermənilər savaşın ilk gecəsini sığınacaqlarda gizlənməklə keçiriblər.
Xatırladaq ki, ötən gün ermənilərin Ağdərədən qaçdığı kadrlar yayılıb. Kadrlardan göründüyü kimi, ermənilər maşınlarda döyüş bölgəsini təcili tərk etməyə çağırırlar.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...