Qarabağdakı separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəklərini açıqlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəklərini açıqlayıblar.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə qondarma rejimin "informasiya mərkəzi" məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa ərzaq yükü göndərib.
Oxşar xəbərlər
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi un dolu TIR-lar 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür...