Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda yaşayan erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, sentyabrın 5-də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə ümumilikdə 29 nəfərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində hərəkəti təmin olunub.
Onlardan 4 nəfər BQXK-nın əməkdaşı, 9 nəfər sürücü, 9 nəfər xəstə, 6 nəfər müşayiətçi, 1 nəfər isə tibb işçisi olub.
Bu, bir daha göstərir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır. Laçın sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır.
Oxşar xəbərlər
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ermənistan Qızıl Xaç Cəmiyyətinə cavab verib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Azərbaycan QAC) Ermənistan Qızıl Xaç Cəmiyyətinə (Ermənistan QXC) cavab verib. Bu barədə BAKU.WS-ə Azərbaycan QAC-dan məlumat...