Qarabağda istehsal olunan məhsullar Rusiyada satılır – FOTOFAKT
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Dağlıq Qarabağ ərazisində istehsal olunmuş çeşidli məhsulları Rusiya bazarlarına ixrac etməyə müvəffəq olur.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, sonuncu belə hal Rusiyanın Tula şəhərində yerləşən “Selgros” marketlər şəbəkəsində qeydə alınıb. Marketin piştaxtalarında Dağlıq Qarabağda istehsal olunmuş “Artsakh Fruit” şirkətinin istehsal etdiyi çeşidli mürəbbələr satılır.
Qarabağdan Rusiyaya konservləşdirilmiş məhsullar, spirtli içkilər və meyvə-tərəvəz ixrac olunur. Rusiya ilə Ermənistan Avrasiya İttifaqının üzvü olduğu üçün onlar arasında gömrük yoxlamaları maksimum sadələşdirilib. Bunun hesabına işğal altındakı ərazilərdə istehsal olunan məhsullar Rusiya bazarlarına asanlıqla yol tapır.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...