“Qarabağ xronikası”: XTQ -nin Məngələnataya sızması - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin növbəti buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Füzulinin Məngələnata yüksəkliyinin azad edilməsinin Vətən müharibəsindəki qələbədə oynadığı mühüm roldan danışıb.
O bildirib ki, yüksəkliyin azad olunması bir neçə strateji məsəlini həll etdi.
“Birinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri Məngələnata yüksəkliyini əldə etməyə bir neçə ay vaxt sərf etmişdi. Xüsusi təyinatlılarımız isə buranı bir neçə saat ərzində məhdud qüvvə ilə azad ediblər”, - deyə F.İsazadə qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...