“Qarabağ Xronikası”: Tovuzdan “buynuz göstərən” erməni generalı – VİDEO
Baku TV-də yayımlanan “Qarabağ Xronikası” verilişinin “Tovuzdan “buynuz göstərən” erməni generalı” adlı 36-cı buraxılışı efirə gedib.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Ermənistan silahı qüvvələrinin Tovuz rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələrini atəşə tutması haqqında danışıb.
O bildirib ki, Tovuz istiqamətindəki bu atışma təsadüfi təxribat deyil.
“Ermənilər üçün oluqca ağrılı keçən delemitasiya və demarkasiya proseslərinin əsasən Azərbaycanın Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan ərazisində keçməyinə rəğmən atəş səsləri nə üçün Tovuz istiqamətindən eşidilir?” sualı böyük marağa səbəb olub.
Jurnalist qeyd edib ki, Tovuz istiqamətində olan atışmaların əsas səbəbi Ermənistan Müdafə Nazirliyinin bu istiqamətdə yerləşən üçüncü ordu korpusunun komandiri general-mayor Qriqori Xaçaturovdur.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...