"Qarabağ münaqişəsinin yeganə həll yolu işğala son qoymaqdır" - Ərdoğan
Yeniliklərdən dərhal xəbərdar olun
"Ərköyünləşmiş" Ermənistanın güzəştsiz hərəkətləri Dağlıq Qarabağ münaqişəsini bir növ qanqrenaya çevirdi. Bu problemi həll etməyin yeganə yolu 30 ilə yaxındır davam edən erməni işğalına son qoymaqdır”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə-Afrika biznes-forumun iştirakçılarına videokonfrans rejimində müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti xatırladıb ki, artıq 30 ildir Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir.
"Türkiyə Azərbaycanın torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizəni tam dəstəkləyir", - dövlət başçısı deyib.
Oxşar xəbərlər
İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir: - Cənab Prezident İlh...