Qarabağ mövzusunda manipulyasiya cəhdləri - Moskva yenə də hədəfi qaçırdı

Qarabağ mövzusunda manipulyasiya cəhdləri - Moskva yenə də hədəfi qaçırdı
Video
Siyasət 72

Rusiya dövlət təbliğat maşını Azərbaycanın Qarabağ regionu ilə bağlı məsələni yenidən gündəmə gətirərək, "Artsax" kimi separatçı toponimlərdən istifadə etməklə, həmçinin Qarabağdan köç etmiş erməniəsilli sakinlərin mövzusunu manipulyasiya etməklə açıq-aşkar siyasi təzyiq göstərməyə çalışır. Bu cür ifadələr, o cümlədən Vladimir Medinskinin "Russia Today" telekanalına verdiyi müsahibədə söylədiyi qeyri-iradi kimi təqdim edilən fikirlər bütöv bir informasiya strategiyasının tərkib hissəsidir.

Bu barədə Baku TV-nin hazırladığı süjetdə bildirilir.

Müəllif vurğulayır ki, vahid siyasi xəttin tərkib hissəsi olan bu manipulyativ ifadələr Rusiya dövlət telekanallarında və sosial media platformalarında məqsədli şəkildə yayılır.

"Məqsəd bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dost münasibət sərgiləyən Rusiya mediasının təbliğat kursunu dəyişmək, açıq şəkildə düşmənçilik mövqeyi nümayiş etdirməkdir".

Ekspert buna nümunə olaraq avqustun 6-na keçən gecə Rumıniya sərhədi yaxınlığında ABŞ və Azərbaycandan Ukraynaya qaz nəql edilən qaz infrastrukturu obyektini Rusiyanın onlarla pilotsuz uçuş aparatı ilə vurmasını göstərib.

"Rusiya dövlət kanalının təbliğatçısı Ruslan Ostaşko bu hücumu açıq şəkildə "Bakıya siqnal" adlandırıb və bildirib ki, Moskva Azərbaycan tərəfindən Rusiyanın başı üzərindən həyata keçirilən istənilən enerji marşrutlarını dayandırmağa çalışacaq. Belə çıxır ki, təbliğatçı kuklalara artıq "Azərbaycanı müstəqil enerji siyasəti aparmaq və özünə sərfəli olanlarla əməkdaşlıq etmək suveren hüququna görə təhdid etmək" təlimatı verilib. Diqqətəlayiq haldır ki, bütün bunlar Uitkoffun Moskvaya səfəri fonunda baş verir və düşünsək, Rusiyanın mifik geosiyasi maraqlarına deyil, neft maqnatlarının quldur məntiqinə işarə edir".

Süjetdə qeyd olunur ki, lakin bu ssenarinin müəlliflərinin gözləntilərinə baxmayaraq, Rusiyanın Azərbaycana təzyiq üçün əlində ciddi rıçaqlar qalmayıb. Bakı artıq bir neçə dəfə bu cəhdləri neytrallaşdırdığını və istənilən addımı asanlıqla cavabsız qoymayacağını nümayiş etdirib.

Ətraflı süjetdə:

Son xəbərlər