Putindən İrəvanın AB-yə qoşulmaq planlarına cavab: Faydalı "boşanma" yolu ilə gedəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcək, amma Ermənistanın Avropa Birliyinə və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq məsələsi ilə bağlı referendum keçirməsi məntiqli olardı".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
"Bu, bizim işimiz deyil, amma prinsipcə, referendum keçirmək və Ermənistan vətəndaşlarından seçimlərinin nə olacağını soruşmaq tamamilə məntiqli olardı. Buna görə də, biz müvafiq nəticələr çıxaracaq və mülayim, ağıllı və qarşılıqlı faydalı "boşanma" yolu ilə gedəcəyik", - deyə o əlavə edib.
Putin həmçinin Ermənistanın Avropaya inteqrasiya planları məsələsinin növbəti Aİİ sammitində müzakirəyə çıxarılacağını da istisna etməyib:
"Ermənistanın Avropa Birliyinə qoşulmaq planlarına gəldikdə isə, bu, xüsusi diqqət tələb edir. Biz bunu bir neçə dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanla müzakirə etmişik. Burada xüsusi bir şey görmürük".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...