Putin və Paşinyanla telefonla danışdı: Mövzu Qarabağdır

Putin və Paşinyanla telefonla danışdı: Mövzu Qarabağdır
Siyasət 229

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti həmçinin Türkiyə Ermənistan münasibətlərini müzakirə edib.

Liderlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapmış məsələlərə toxunub.

Paşinyan və Putin Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqların təşkili üçün Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciətini müzakirə ediblər.

Söhbət zamanı həmçinin Ermənistan-Türkiyə dialoqu, bu kontekstdə son proseslər, eləcə də Ukrayna ətrafında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan baş nazirinin apreldə Rusiyaya rəsmi səfərinin təşkili məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Son xəbərlər