Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.
V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.
Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildirilib.
Həmçinin hər iki lider arasında baş tutmuş telefon danışığında Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpasına dair işlərlə bağlı fikir mübadiləsi aparılıb. Liderlər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin aktivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildiriblər.
Bundan başqa, telefon danışığı zamanı Ukrayna böhranı da müzakirə edilib. Türkiyə prezidentinin xahişi əsasında V. Putin Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.
Bildirilib ki, münaqişənin həlli ilə bağlı 2015-ci ildə əldə olunan Minsk razılaşmalarının alternativi yoxdur.
Eyni zamanda, Ukrayna tərəfinin Minsk razılaşmalarının həyata keçirilməsindən boyun qaçırması, son günlərdə təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təhlükəli təxribatlarının yenidən başlanması ilə bağlı narahatlıq ifadə olunub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...