Putin Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyət elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukraynanın ilhaq olunan 4 vilayətində hərbi vəziyyət elan edib.
BAKU.WS tass-a istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.
"Rusiyanın bu dörd subyektində (Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası, Zaporojye və Xerson vilayətlərində — TASS) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalamışam. O, dərhal təsdiq üçün Federasiya Şurasına göndəriləcək. Bu qərarla bağlı Dövlət Dumasına məlumat verilib”, - deyə Putin Təhlükəsizlik Şurasının videobağlantı vasitəsilə çərşənbə günü keçirilən iclasında bildirib.
Prezident qeyd edib ki, bu ərazilərdə Rusiyaya qoşulmazdan əvvəl hərbi vəziyyət qüvvədə olub.
"İndi biz bu rejimi Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirməliyik", - deyə o izah edib.
Oxşar xəbərlər
Ukraynanın 4 separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb
Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. BAKU.WS Report-a istinadla xəbər verir ki, məlumatı TASS yayıb. Mərasim...