Putin: Rusiyanın Azərbaycanla yaxşı münasibətləri qorunub saxlanılır
Rusiya və Azərbaycan münasibətləri həmişə çox yaxşı olub, və belə də qalmağa davam edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
"Rusiya Federasiyası və Azərbaycan münasibətlərini çox yaxşı qiymətləndirirəm. Bizim Azərbaycanla xoş münasibətlərimiz həmişə olub və indi də belədir. Həm iqtisadiyyatda, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzaladıq. Bu münasibətlər də beləcə inkişaf edir ", - Rusiya lideri qeyd edib.
Oxşar xəbərlər
Vladimir Putin İlham Əliyevə təşəkkür etdi
"Rusiya və Azərbaycan arasında münasibətlər çox yaxşı olub və bu gün də həmin səviyyədə qalır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Pre...