Putin: “Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün hər şeyi edir"
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Dağlıq Qarabağda münaqişənin sona çatması üçün özündən asılı olan hər şeyi edir və edəcək”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşündə deyib.
“Bilirsiniz ki, Rusiya Cənubi Qafqazdakı münaqişənin tez bir zamanda bitməsi, insanların həyatının qorunub saxlanılması üçün özündən asılı olan hər şeyi edir. Qarabağdakı münaqişədə tərəflərin qarşılarına qoyduğu məqsədlərə sülh yolu ilə də nail olmaq olar. Bütün hallarda biz həm Ermənistanla, həm də Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, biz regionda yaşayan bütün insanları qane edəcək nəticəyə nail olacağıq”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....