Putin rus sülhməramlıların Dağlıq Qarabağdakı fəaliyyətindən danışdı

Putin rus sülhməramlıların Dağlıq Qarabağdakı fəaliyyətindən danışdı
Siyasət 232

Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma ardıcıl olaraq həyata keçirilir, rus sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməməsi üçün hər şeyi edirlər.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

V.Putin Moskvanın Dağlıq Qarabağda sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərərək ATƏT-in Minsk Qrupunda əldə olunmuş əsas razılaşmalara əməl etməyə çalışdığını vurğulayıb.

Rusiya Prezidentinin sözlərinə görə, hazırda Bakı ilə Yerevan arasında Rusiyanın vasitəçiliyi ilə bağlanmış atəşkəs ardıcıl olaraq həyata keçirilir.

Son xəbərlər