Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi

Putin Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdi
Siyasət 92

Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan sərhədindəki təhlükəsizlik məsələlərini müzakirə edib.

BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Qarabağ və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib. Bundan başqa, söhbət zamanı üçtərəfli sazişlər də müzakirə mövzusu olub.

Hər iki rəsmi 2020-ci ilin 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi təsdiqlənib", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Oxşar xəbərlər

Son xəbərlər