Prinsipial mövqe təmin olundu: Separatçılar Laçın və Ağdam-Xankəndi yollarından istifadəni qəbul etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, yüklər BQXK-nın nəqliyyatı ilə daşınacaq.
Maraqlı məqam bundan ibarətdir ki, bu barədə razılaşma hələ sentyabr ayının 1-də əldə olunmuşdu. Lakin Qarabağdakı separatçı rejim öz havadarlarına arxalanaraq, bu razılaşmanın həyata keçirilməsini gecikdirdi. Qondarma rejim müxtəlif vasitələrə əl ataraq, şoular göstərərək yüklərin keçidini 16 gün yubatdı.
Amma separatçıların və onların havadarı qismində çıxış edən güclərin, siyasi dairələrin istəklərinin əleyhinə olaraq, yalnız və yalnız Azərbaycanın prinsipial mövqeyi, milli marağı qəbul edildi. Qarabağdakı separatçılardan alət kimi istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ kimi dövlətlər, Qərb siyasi dairələri görəsən indi heç xəcalət çəkirlərmi?//oxu.az
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...