Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb
14
mar
2026
13:00
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Vu Honqbo və Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında paylaşım edib.
"Azərbaycan–Çin hərtərəfli strateji əməkdaşlığı barədə fikir mübadiləsi apardıq və əsas regional məsələləri müzakirə etdik. İkitərəfli münasibətlərimizin dərinliyini əks etdirən dəyərli dialoq oldu", - o paylaşımında bildirib.
Oxşar xəbərlər
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
TÜRKPA Azərbaycan Milli Məclisinin bu gün qəbul etdiyi Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığın rəsmi şəkildə dayandırılması, Avropa İttifaqı – Azərba...